BAKI, 30 iyun — Sputnik. "ABŞ, Azərbaycan və Türkiyədə Cənub qaz dəhlizi ilə bağlı tarixi irəliləyişi təqdir edir".
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bu həftə Vaşinqtonda keçirilmiş dünya qaz konfransına dair dərc edilmiş “Avropa Enerji Təhlükəsizliyində müxtəlifliyin əhəmiyyəti” adlı məqalədə qeyd edilib.
Məqalədə Cənub Qaz dəhlizinin əhəmiyyəti vurğulanıb və diqqətə çatdırılıb ki, Cənub Qaz dəhlizi vasitəsilə Xəzər qazı Azərbaycandan Avropaya 2020-ci ilə qədər çatdırılacaq