HADİSƏ

Azərbaycanda ilan sancmasına dair bədbin proqnoz

"Havalar istidir və belə hadisələr baş verəcək"
Sputnik

BAKI, 30 iyun — Sputnik. "Aprel ayının 15-dən bu günə qədər 42 ilansancma halı qeydə alınıb. Bunların çoxu zəhərli gürzə ilanlarının sancması ilə baş verib".

Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

O qeyd edib ki, bunlardan 12-nin vəziyyəti kəskin ağır olub. Onlardan 4 nəfəri azyaşlı uşaqlar olub. Ölüm hadisəsi qeydə alınmayıb. Zərdabla da təmninat tam olub: "Havalar istidir və belə hadisələr baş verəcək. Biz bu kimi hadisələrin qarşısını almağa hazlr vəziyyətdəyik".