HADİSƏ

Azərbaycanda daha bir zəlzələ baş verdi

Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 31 km olub
Sputnik

BAKI, 30 iyun — Sputnik. Azərbaycanda zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 04:54- də Mingəçevirdən 24 km cənubda Yevlax ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 31 km olub. Zəlzələ hiss olunmayıb.