TƏHLİL

Politoloq: “Türkiyə Avropa üçün müstəqilliyini qurban verməməlidir”

Politoloq Fikrət Sadıxov deyir ki, Aİ-də olmaq Türkiyə üçün böyük dividentlər gətirə bilməz
Sputnik

Fikrət Sadıxov: “Aİ Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır”
Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin apardığı daxili və xarici siyasət Aİ-nin yanaşmalarına uyğun olmadığına görə, Türkiyəni öz sıralarında görmək istəmirlər: 

“Onlar başqa Türkiyə görmək istəyərdilər. Türkiyə kifayət qədər müstəqil və güclü bir oyunçudur. Türkiyə Aİ-yə daxil olmaq yolunda müstəqilliyini qurban verməməlidir. Aİ-də olmaq Türkiyə üçün böyük dividentlər gətirə bilməz. Aİ Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır”.

Avropa İttifaqı bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirmişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz