Avtomobil sahibləri üçün arzuolunmaz dəyişiklik edildi

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata qaldırılıb
Sputnik

BAKI, 29 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, yeni dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə, həmçinin avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata qaldırılıb. Avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 17 manat dövlət rüsumu isə artırılaraq 25 manat nəzərdə tutulub.