CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sony" Türkiyədə telefon satışlarını dayandırır, səbəb bilinmir

Şirkət iddia ilə bağlı açıqlama verməyib
Sputnik

BAKI, 29 iyun — Sputnik. Yaponiyanın "Sony" şirkəti Türkiyəyə telefon satışlarını dayandırmaq üzrədir. Bu, cari ilin oktyabr ayında baş verəcək.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, bu iddia texnologiya dünyasının çox yaxından tanıdığı mütəxəssis Evans Blassdan gəlib.

Blassın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, şirkət Türkiyə, o cümlədən region ölkələrində "Sony"nin telefon satışlarını dayandırmağa hazırlaşır.

Blass, "Sony Mobile"ın bəzi bölgələrdə satışı dayandıracağını deyib. İddiaya görə, Orta Şərq, Afrika və Türkiyədəki ofislər oktyabr ayında bağlanacaq və bu bölgələrdəki satışlar dayandırılacaq. Bu da "Xperia" telefonlarının artıq Türkiyədə rəsmi distribüterlər tərəfindən satılmayacağı mənasını daşıyır.

Ancaq hələ ki, "Sony" şirkəti məsələ ilə bağlı bir açıqlama verməyib.