RUSİYA

Rusiyaya qarşı növbəti həmlə

"Bu, daha çox Ukraynanın maraqları ilə bağlıdır, nəinki Rusiyanın"
Sputnik

BAKI, 29 iyun — Sputnik. Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitində Rusiyaya qarşı sanksiya müddətinin daha yarım il də uzadılması barədə qərar qəbul edilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Aİ strukturlarındakı mənbə bildirib.

Rusiyaya qarşı sanksiyalar mənasızıdır – Baş nazir

Tərəflər bu qərarı Rusiya, Ukrayna və Minsk razılaşmaları barədə qısa müzakirələrdən sonra qəbul ediblər. "Sammitdə Rusiya, Ukrayna və Minsk razılaşmaları barəsində qısa müzakirələr keçirildi. Nəticədə Rusiyaya qarşı sanksiyaların daha 6 ay da uzadılması qərara alındı" — deyə mənbə bildirib.

Rusiya Federasiya Şurası artıq məsələyə reaksiya verib. Senator Konstantin Kosaçev bildirib ki, Avropa İttifaqında anti-Rusiya sanksiyaları ilə bağlı vahid mövqe yoxdur. Onun fikrincə, bu, daha çox Ukraynanın maraqları ilə bağlıdır, nəinki Rusiyanın. Senatorun sözlərinə görə, Kiyev Avropa İttifaqının Moskvanın əleyhinə olan hissəsinin geosiyasi ambisiyaları ilə əlaqədar olaraq Minsk razılaşmasının yerinə yetirilməsini sabotaj etməyə çalışır.

Qeyd edək ki, Aİ, ABŞ və onlarla həmfikir olan ölkələr 2014-cü ildən Krım münaqişəsi ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.