Putin Azərbaycana milyardlar gətirəcək qərarı imzaladı

Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər
Sputnik

BAKI, 29 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə Rusiya Federasiyasının hökuməti Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanı təsdiqləyib və onu imzalanması üçün prezidentə təklif edib.

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanını yaradır.

Putin İlham Əliyevdən gözləntisini açıqladı

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçıları olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları vurğulanılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada bildirilir.