CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tramp, Kim Çen In və Zukerberq məşhur azərbaycanlının klipinə çəkilib

Emin Ağalarovun qeyri-adi süjetə malik klipi izləyənləri şoka salıb
Sputnik

BAKI, 28 iyun — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov özünün “Got Me Good” mahnısına çəkilən klipini təqdim edib. Həmin klipə dünyanın məşhur siyasətçilərinin və tanınmış şəxslərin oxşarları çəkilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Emin Ağalarov özünün bu satirik çarxını YouTube-dakı səhifəsində yerləşdirib.

Klipdə ABŞ prezidenti Donald Tram və qızı İvanka Trampın, Şimali Koreya lideri Kim Çen Inın, amerikalı siyasətçi Hillari Klintonun, məşhur pornoaktrisa Stormi Denielsin, Facebook-un yaradıcısı Mark Zukerberqin və amerikalı biznesmen Cared Kuşnerin oxşarları yer alıb. Qısametrajlı süjetdə klipin bütün qəhrəmanları poker oynayır.

YouTube-a yerləşdirildiyi qısa müddətdə klipə 270 mindən artıq adam baxıb.

Ağalarov bir sıra beynəlxalq mükafatların laureatıdır. Onun mükafatları sırasında World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Zolotoy qrammofon" (Qızıl qrammofon) "Premiya Muz-TV" (Muz-TV-nin mükafatı) və digərləri var. Emin müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir.

Muğənninin musiqi aktivində 9 ingilisdilli albom, dünyanın aparıcı musiqi şirkətləri olan Warner Music və Sony ATV Music Publishing-lə müqavilələri var. Ağalarov həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Bu ilin may ayında Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən Emin Ağalarova Azərbaycanın xalq artisti adı verilib.