CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spirtli içki və siqaret aludəçilərinə məyusedici xəbər

Fərdi istehlak üçün ölkəyə gətirilən aksizdən azad olunan alkoqollu içkinin və siqaretin miqdarı azaldılır
Sputnik

BAKI, 29 iyun — Sputnik. Azərbaycanda fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirilən aksizdən azad olunan alkoqollu içkinin və siqaretin miqdarı azaldılır. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulub.

Dəyişikliyə görə, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksiz vergisindən azad idilər.

Milli Məclisin bu gün keçirilən plenar iclasında dəyişiklik səsə qoyularaq qəbul edilib.