CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər üçün təlimlər təşkil olunacaq

"Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti" mövzusunda təlim keçiriləcək
Sputnik

BAKI, 29 iyun — Sputnik. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi" layihəsini həyata keçirir.

Uşaqların şəxsi inkişafına yönəlik daha bir təlim keçirilib

İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsidir.

Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti təşkilatları, gənclr təşkilatları və şəbəkələri üzvləri, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün "Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti" mövzusunda 3 təlim keçirilməsi nəzərdə tutulub.

Təlimlərin iyul ayının birinci yarısında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Təlim "Dözümlülük ideyasının tarixi təkamülü", "Dini tolerantlıq konsepsiyası", "Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar", "İslam dini və tolerantlıq", "Azərbaycanın tolerantlıq modeli" mövzularını əhatə edəcək.

Təlimdə iştirak etmək və yaxud əlavə məlumat almaq istəyənlər 8 iyul 2018-ci il tarixədək sezar032@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər.