Səmanın sahibinin anbarda başlayan həyatı

Amerikalı mühəndis Uilyam Boinq özünün ilk "Boeing 1 B&W" hidrotəyyarəsini Yunion gölünün sahilindəki anbarda düzəldib
Sputnik

BAKI, 29 iyun — Sputnik. 1916-cı il iyunun 29-da hazırladığı təyyarəni sınaqdan keçirmək üçün amerikalı konstruktor Uilyam Boinq peşəkar pilot tutur. Lakin pilot gecikdiyi üçün mühəndis özü təyyarəni havaya qaldırır. Model 1 adlı bu təyyarə biplan tipli idi və taxtadan hazırlanmışdı. 

Artıq 1916-cı il iyulun 15-də Boinq öz şirkətini qeydiyyatdan keçirdi. Bir ildən sonra bu şirkət "Boeing Airplane Company" adlanmağa başladı. Artıq iki ildən sonra 300 nəfərdən artıq işçi hərbi-dəniz donanması üçün "Boinq" hidrotəyyarələrini düzəldirdi. 

1927-ci ildə "Boinq" qırıcı və poçt təyyarələri düzəltməyə başladı. 

Hazırda "Boinq" dünyanın ən iri hərbi və sərnişin təyyarələri istehsalçılarındandır. Şirkət NASA-nın əsas podratçısıdır.