Səfər Mehdiyev yeni kadr dəyişikliyi edib

Tovuz Gömrük İdarəsinə rəis təyin edilib
Sputnik

BAKI, 28 iyun — Sputnik. Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişikliyi olub. Komitənin mətbuat xidmətindən "APA-Economics"'ə verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.

R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.