Sarqsyanın baş cangüdəni həbs olundu

Onun evində və bank hesabında külli miqdarda qanunsuz vəsait aşkarlanıb
Sputnik

BAKI, 28 iyun — Sputnik. Ermənistanın Dövlət Mühafizə Xidmətinin sabiq rəis müavini, eks-prezident və baş nazir Serj Sarqsyanın təhlükəsizlik xidmətinin rəisi olmuş Vaçaqan Kazaryan həbs olunub. Sputnik Ermənistan xəbər verir ki, Kazaryan gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanmada ittiham olunur.

Ermənistan Xüsusi İstintaq Xidmətinin yaydığı məlumata görə, iyunun 20-də Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb.

Kazaryanın bank hesabında isə daha 120 min dollar 436 milyon dram vəsait saxladığı aşkarlanıb.