Sabahdan anomal hava şəraiti hökm sürəcək

Sabahdan etibarən 43 dərəcəyədək isti gözlənilir
Sputnik

BAKI, 28 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vətəndaşlara xəbərdarlıq edir. Sputnik Azərbaycan ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.