BAKI, 28 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşü zamanı Suriyadan rus qoşunlarının çıxarılması prosesindən danışıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Son günlər Suriya ərazisini 13 təyyarə, 14 helikopter və şəxsi heyətdən 1140 nəfər tərk edib" — Kreml başçısı bildirib.
Prezident əlavə edib ki, Suriyadakı rusiyalı həbrçilər təcrübəli və döyüş sınağından keçmiş insanlardır: "Siz və sizin həmkarlar da ən mürəkkəb qeyri-standart hədəfləri yerinə yetirmək üçün bu təcrübədən Rusiya Federasiyası ərazisində şəxsi heyətin hazırlanması üçün tam olaraq istifadə etməlisiniz" — deyə Putin qeyd edib.