RUSİYA

Rusiyaya qarşı sanksiyalar mənasızıdır – Baş nazir

Mənasız sanksiyaların davam etdirilməsi əvəzinə konstruktiv dialoqu bərpa edə bilmərikmi?
Sputnik

BAKI, 28 iyun — Sputnik. Slovakiyanın baş naziri Peter Pelleqrini Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını mənasız adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Pelleqrini Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bildirib.

"Slovakiya artıq uzun müddətdir vurğulayır ki, sanksiyalar heç bir pozitiv effekt gətirməyib", — deyə baş nazir vurğulayıb.

Pelleqrini əlavə edib ki, Moskva və Brüssel arasında siyasi və iqtisadi əlaqələr pozulub, bəzi şirkətlər Rusiya ilə ticarət imkanının olmamasına görə öz bazarlarını itiriblər: "Bu məsələyə yenidən baxılmasının məqsədəuyğun olduğunu düşünürük. Biz həm bizim ölkələrin, həm də Rusiya iqtisadiyyatına zərər vuran mənasız sanksiyaların davam etdirilməsi əvəzinə konstruktiv dialoqu bərpa edə bilmərikmi" – deyə nazir bildirib.