Azərbaycanda keçmiş nazir təcili Türkiyəyə aparılıb

O, Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib
Sputnik

BAKI, 28 iyun — Sputnik. Sabiq vergilər nazirinin səhhəti pisləşdiyi üçün təcili Türkiyəyə aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sabiq nazirin yaxınları unikal.org-a məlumat veriblər.

Fazil Məmmədov

Məlumata əsasən, F.Məmmədovun qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edək ki, Fazil Əsəd oğlu Məmmədov Azərbaycanın birinci vergilər naziri olub. O, 2000-2017-ci illər ərzində bu vəzifədə çalışıb.