CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda intiharların qarşısı alındı: Qadın və kişi son anda xilas edildilər

Hər iki halda intihar etmək istəyənlərlə psixoloji söhbət aparılıb
Sputnik

BAKI, 28 iyun — Sputnik. Bakının Nəsimi rayonunda kişi dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxşar hadisə paytaxtın Xətai rayonunda da baş verib.

Xətai rayonunda qadın doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.