Bakı-Sumqayıt yolundakı tıxaca görə operativ qərar verildi

Bakı-Sumqayıt qatarına əlavə vaqonlar qoşulub
Sputnik

BAKI, 28 iyun — Sputnik. Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sputnik Azərbaycan "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (iyunun 28-dən) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.