Yanğın fermerlərə ziyan vurdu

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Qəbələdə yanğın olub. Rayonun Böyük Əmili kəndində 2 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi və "KAMAZ" markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Yük avtomobilinin qalan hissəsi və banına yığılmış buğda yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.