Türkiyədə təyyarə qəzaya uğrayıb

Adıyaman vilayətində baş verən qəza nəticəsində pilot həlak olub
Sputnik

BAKI, 27 iyun — Sputnik. Türkiyənin cənub-şərqində təlim təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Adıyaman vilayətində baş verən qəza nəticəsində pilot həlak olub. Hadisə yerinə xilasedicilər, tibbi personal və yanğınsöndürənlər cəlb olunub.

Türkiyənin Adıyaman vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

Təyyarə Qaziantep şəhər universitetinə məxsus olub. Universitetin rektoru Əli Gürün sözlərinə görə, Qaziantep hava limanından aeronavtika fakültəsinə məxsus iki təlim təyyarəsi hava qalxıb. Onlardan biri qəzaya uğrayıb, digər yerə enib.

Pilotlar tədirs kursu çərçivəsində yay praktikasında olublar. Hadisənin baş vermə səbəbi hələlik dəqiqləşməyib, araşdırma aparılır.