HƏRBİ

Avropada NATO-ya alternativ yaradılır

Fransanın başçılığı ilə 9 ölkə birgə ordu qurmağa hazırlaşır
Sputnik

BAKI, 27 iyun — Sputnik. 9 ölkə birgə ordu qurmağa hazırlaşır.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Fransanın təşəbbüsü ilə Avropa İttifaqının 9 üzv ölkəsi bununla əlaqədar niyyət məktubu imzalayıb.

Hərbi qüvvənin yaradılması böhran dövründə sürətli bir şəkildə müdaxiləni asanlaşdıracaq.

Lüksemburqda 9 ölkənin müdafiə naziri böhran vəziyyətlərində hərbi qüvvələrin sürətli bir şəkildə hərəkətə keçirilməsini nəzərdə tutan müdafiə əməkdaşlığı layihəsini imzalayıb.

NATO-dan Türkiyə ilə bağlı maraqlı açıqlama

Fransanın başçılığı ilə Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya niyyət məktubunu imzalayıb.

Hazırda Avropa İttifaqından çıxmaq üçün müzakirələr aparan Britaniyanın bu təşəbbüsə daxil olması isə diqqət çəkib. Britaniyanın birlikdən ayrıldıqdan sonra da üzv ölkələrlə müdafiə sahəsində iş birliyini davam etdirəcəyi güman edilir.

Təşəbbüs daxilində aparılacaq əməliyyatlara ölkələrin dəstək verib-verməyəcəyi isə milli bir qərar olacağı bildirilir.

Avropa İttifaqı içində 9 ölkənin digər üzvlərdən müstəqil şəkildə hərəkət edərək müdafiəyə yönəlik birgə addım atmaq qərarı, birlik içində parçalanmaya yol aça biləcəyi mülahizələrini də bərabərində gətirib.