QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minskdə Qarabağla bağlı önəmli görüş

Tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyətini müzakirə ediblər
Sputnik

BAKI, 27 iyun — Sputnik. Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan "Belta"ya istinadən xəbər verir.

Məlumata əsasən, Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi münaqişə zonasındakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər barədə naziri məlumatlandırıblar. Görüş zamanı tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə verə biləcəyi mümkün töhfəni müzakirə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri səfər çərçivəsində, həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.