VİDEO

Bakıda keçirilən hərbi paraddan maraqlı görüntülər

Bakı Media Mərkəzi Bakıda keçirilən hərbi paraddan video çarx hazırlayıb.
Sputnik

Вakı Media Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakıda keçirilmiş hərbi paradın canlı yayım çəkilişlərini təşkil edib.

İyunun 26-da Bakıdakı "Azadlıq" meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr edilmiş böyük hərbi parad keçirilib. Paradda iştirak edən, şəxsi heyət, hərbi texnika, həmçinin Hərbi Hava Qüvvələri Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirib.

Xatırladaq ki, Azərbaycanın müasir tarixində ilk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikincisi 2008-ci il iyunun 26-da, üçüncüsü 2011-ci il iyunun 26-da, dördüncüsü isə, 2013-cü il iyunun 26-da keçirilib.