Atatürkün şəklini paylaşdı deyə klubdan qovdular

Türk qapıçı Atatürkün şəklini mayın 19-u Atatürkü Anma, Gənclik və İdman bayramı günü paylaşıb
Sputnik

BAKI, 27 iyun — Sputnik. İsveç çempionatında mübarizə aparan və PKK-ya yaxınlığı ilə bilinən "Dalkurd" komandasının futbolçuları Atatürkün şəklini paylaşdığı üçün qapıçı Abduləziz Demircanı təhqir edib. Sputnik Azərbaycan Son Dakikaya istinadən xəbər verir ki, Demircan basqılara dözməyərək klubdan ayrılıb.

Türk qapıçı Atatürkün şəklini mayın 19-u Atatürkü Anma, Gənclik və İdman bayramı günü paylaşıb. Bundan sonra o komanda yoldaşları tərəfindən təhqirə məruz qalıb və baş verən hadisələrlə bağlı klubla anlaşaraq müqaviləsini rədd etdiyini bildirib

"Şəkli paylaşdığım üçün klub rəhbərliyi azarkeşlər tərəfindən hücuma məruz qalmaq ehtimalımı nəzərə alaraq baş məşqçiyə məni ehtiyatda saxlamağı məsləhət görüb. O, da məni ehtiyatda saxladı.Oyundan sonra bir çox futbolçu mənimlə dava etdi. Sonra da mənimlə danışmadılar", — deyə futbolçu bildirib.