ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək

Onun Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcəyi gözlənilir
Sputnik

BAKI, 27 iyun — Sputnik Azərbaycan. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

Məlumatda qeyd olunur ki, Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.

Tramp yenə qalmaqal yaratdı: "Onları ABŞ-dan qovmalıyıq"

Onun Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcəyi gözlənilir.

Səfəri zamanı ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşəcək. Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.

Bakıda iyunun 28-də Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.