SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidovun yerinə təyinat oldu

AŞPA-da Səməd Seyidovun əvəzinə yeni həmməruzəçi təyin olunub
Sputnik

BAKI, 26 iyun — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında Səməd Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib.

APA-nın Avropa müxbirinin xəbərinə görə, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib. Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.