RUSİYA

İmtahan iki qızın həyatına son qoydu

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 26 iyun — Sputnik. Rusiyanın Rostov şəhərində yaşyarımlıq və 3 yaşında iki qız avtomobildə istidən boğularaq ölüblər.

Sputnik AzrbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, qadın qızlarını 12 yaşlı bacılarının yanında qoyaraq imtahana gedib. Əvvəlcə onlar bağçada oynayıb, sonra böyük qızın başı qarışıb və balaca qızlar həyətdə park edilmiş maşına miniblər. Lakin onlar maşından çıxa bilməyiblər. Bu vaxt uşaqların atasının harada olduğu məlum deyil.

Ana qayıdan zaman uşaqların hər ikisi ölmüş olub. Təcili yardım gəldiyi an qızların öldüyü təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.