İllik 80 min dollar maaşla sürücü işləyərsiniz?

Qeyd edilib ki, bu sahədə işləyən insanlar 10-12 gün çalışır, sonra isə 3-4 gün istirahət edirlər
Sputnik

BAKI, 26 iyun — Sputnik. Kanada illik 80 min yerli dollar (təxminən 60 min ABŞ dolları) maaşla çalışacaq 48 min yük avtomobili sürücüsü axtarır.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, yüksək maaşa baxmayaraq iş və yaşam şərtlərinin çətinliyi səbəbindən uzun məsafələrə gedən yük avtomobili sürücüsü tapmaq çətindir.

İşə yeni başlayan yük avtomobili sürücüsü illik orta hesabla 80 min Kanada dolları qazanır. Bu, bəzi yerlərdə 100 min Kanada dollarına (75 min ABŞ dolları) qədər yüksəlir.

Bakıda sərxoş sürücü yolda yatdı, qəza baş verdi – VİDEO

Artlq Nyu-Bransvikin əyalət hökuməti miqrant sürücü proqramı həyata keçirməyə başlayıb. Pilot layihə nəticəsində 2015-2017-ci illərdə xarici ölkələrdən 390 sürücü əyalətdə işlə təmin edilib.

Kanada Nəqliyyat Təhsil Mərkəzlərinin qurucusu Con Beaudry, yük avtomobili sürücüsünün əmək haqlarında ildə təxminən 10 faiz artım olduğunu bildirib.

Qeyd edilib ki, bu sahədə işləyən insanlar 10-12 gün çalışır, sonra isə 3-4 gün istirahət edirlər. Məsafələr uzun olduğundan və insanlar evlərindən uzaq qaldıqlarından, işləmək istəmirlər. Amma bu iş subay gənclər üçün münasibdir, yaxşı pul qazanırlar.