RUSİYA

DÇ-2018: Argentina möcüzəyə nail ola biləcəkmi?

Bu gün 1/8 finalın daha iki cütlüyü məlum olacaq
Sputnik

BAKI, 26 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında bu gün C və D qruplarında oyunlar başa çatacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı vaxtı ilə saat 18.00-da Moskvanın "Lujniki" stadionunda C qrupunun təmsilçiləri Danimarka və Fransa üz-üzə gələcəklər. Bu görüşlə eyni vaxtda Soçidə Avstraliya-Peru oyunu başlayacaq.

İki turdan sonra C qrupunda Fransa 6 xalla liderdir. Danimarka 4 xalla ikinci, Avstraliya isə 1 xalla üçüncü yerdədir. Sonuncu yerdə 0 xalla Peru qərarlaşıb. Fransa yığması üçüncü turdan asılı olmayaraq növbəti mərhələyə adlayıb. Peru isə istənilən halda çempionatı tərk etməli olacaq. 

Dünya çempionatı: Play-off mərhələsində ilk rəqiblər məlum oldu

Saat 22.00-da isə D qrupunun təmsilçiləri yaşıl meydançaya çıxacaqlar. Sankt-Peterburqda Nigeriya-Argentina, Rostovda isə Xorvatiya-İslandiya oyunları start götürəcək.

İki turdan sonra 6 xal toplamış Xorvatiya D qrupunun lideridir. Nigeriya 3 xal toplayıb, Argentina və İslandiyanın iki oyundan sonra 1 xalları var.

Bu qruplarda ilk iki yeri tutan yığmalar 1/8 finalda bir-biriləri ilə qarşılaşacaqlar.