Yerevanda yeni etirazlar başladı, istefa tələbləri səslənir

Aksiyaya ötən gün yayılan video-görüntülərin səbəb olduğu bildirilir
Sputnik

BAKI, 25 iyun — Sputnik. Ermənistanın paytaxtı Yerevan meriyasının qarşısında bu gün bir qrup şəxs etiraz aksiyasına başlayıb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, onlar şəhərin meri Taron Markaryanın istefaya getməsini tələb edirlər.

Etirazçılar meriyanın girişlərindən birini bağlayıb və heç kimin meriyaya daxil olmasına imkan vermirlər. Onlar aksiyaya səbəb kimi ötən gün Taron Markaryanla bağlı yayılan videonu göstərirlər. Həmin görüntülərdə Markaryanın xeyli sayda var-dövlətə sahib olduğu əks olunur.

Qeyd edək ki, hazırda meriya binasının ikinci girişi açıqdır.