CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Prezident Administrasiyası barədə sərəncam verdi

Prezident Administrasiyasında 6 yeni sektor yaradılıb
Sputnik

BAKI, 25 iyun — Sputnik. Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.