BAKI, 25 iyun — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Sputnik Ermənistan xəbər verir ki, bu yeni hökumətin formalaşdırılmasından sonra baş tutan ilk iclasdır.
"Bu günkü iclasımızda əsas məqsəd keçirilməsində məqsəd Təhlükəsizlik Şurasının funksiyalarının konkretləşməsi çərçivəsində müdafiə siyasətində əsas istiqamətlərin müəyyənləşdirəcək sonrakı addımları və məsələləri müzakirə etməkdir", — deyə Paşinyan qeyd edib.
İclasda Ermənistan silahlı qüvvələrinin inkişaf planı, silahlanma və hərbi texnikanın təkmilləşdirilməsi üzrə dövlət proqramı, orduda hərbi qulluğun effektivliyinin artırılmsı kimi məsələlər müzakirə olunub.