Manatın məzənnəsi gerilədi

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 25 iyun — Sputnik. İyun ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9810 manata, rubl/manat məzənnəsi 0,0269 manata, türk lirəsi isə 0,3654 manata qalxıb.

Qeyd edək ki, iyunun 22-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9745 manata, 1 rubl 0,0267 manata, 1 türk lirəsi isə 0,3585 manata bərabər idi.