BAKI, 25 iyun — Sputnik. İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq ediləcək.
Sputnik Azərbaycan-ın Nuhçıxan-a istinadən verdiyi məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncamda deyilir: "AMEA-nın ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri seçilmiş İsmayıl Hacıyev bu vəzifəyə təsdiq edilsin".