Məhərrəm İncə etiraf etdi: "Seçkinin nəticələrini tanıyıram"

Buna baxmayaraq, İncə Yüksək Seçim Kurulunun qərarını gözləyəcəyini və seçkilərin nəticəsi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib
Sputnik

BAKI, 25 iyun — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə seçkilərdə məğlubiyyətini etiraf edib. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, bunu FOX TV-nin əməkdaşı İsmayıl Kiçikqaya açıqlayıb.

Kiçikqaya Məhərəəm İncə ilə WhatsApp vasitəsilə yazışdığını bildirib. Onun sözlərinə görə, İncə "təbii ki, adil yarış deyildi, amma Ərdoğanın qələbəsini qəbul edirəm. Adam qalib gəldi" ifadəsini işlədib.

Buna baxmayaraq, İncə Yüksək Seçim Kurulunun qərarını gözləyəcəyini və seçkilərin nəticəsi ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.