VİDEO

Azərbaycan Respublikasının hərbi orkestri Sputnik Azərbaycan üçün ifa etdi

Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və onun təntənəli tədbirlərdə çıxış edəcəyi repertuarındakı əsas nömrələrdən birinin məşqi Sputnik Azərbaycan-ın obyektivində.
Sputnik

Sputnik Azərbaycan-ın çəkiliş qrupu Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ADR-in və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ilə bağlı keçiriləcək hərbi paraddakı çıxışa hazırlıqla bağlı məşqlərini izləməyə nail olub.

Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor, polkovnik Yusif Axundzadədir.