Ərdoğandan ilk mesaj: "Davam"

"Türkiyə dünyaya 90 faizə yaxın seçici fəallığı ilə demokratiya dərsi verdi"
Sputnik

BAKI, 25 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra "Twitter" sosial şəbəkəsində il mesajını verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan müxalifət partiyalarından ibarət "Millət İttifaqı"nın seçki boyu istifadə etdiyi "Tamam" ifadəsinə qarşı "Davam" ifadəsini işlədib.

Bununla da o, prezidentliyinin davam etdiyinə işarə vurub.

​Bundan əvvəl Ankarada tərəfdarları qarşısında çıxış edən prezident seçkilərdə qələbə çaldığını dilinə gətirib: "Qeyri-rəsmi nəticələrə görə, millətimiz prezidentlik səlahiyyəti verib. Sevgili millətim, dəyərli tərəfdaşlarım. Millət üzərinə düşəni etdi, ölkəmizə istiqamət göstərdi. Bizim parlamentlə daha sıx çalışmaq vaxtımızdır. Artıq seçki dövründəki mübahisələri, gərginlikləri və kükünlükləri arxada qoyaraq, ölkəmizin gələcəyinə baxmaq vaxtıdır".

Ərdoğan seçkilərdə seçicilərin 90 faizinin iştirak etməsini dünyaya önəmli mesaj kimi qəbul etdiyini bildirib: "Türkiyə dünyaya 90 faizə yaxın seçici fəallığı ilə demokratiya dərsi verdi".