Türkiyədə səsvermə başa çatdı, nəticələr tezliklə açıqlanacaq

Müxalifət seçkilərdə hakim AKP-nin və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın lehinə saxtakarlıq faktları olduğunu, bunların sənədləşdirildiyini bildirir
Sputnik

BAKI, 24 iyun — Sputnik. Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, seçkilərin ilkin nəticələri tezliklə açıqlanacaq.

Yüksək Seçim Kurulu ilkin nəticələri 2 saat ərzində açıqlamağa söz verib. Müxalifət seçkilərdə hakim AKP-nin və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın lehinə saxtakarlıq faktları olduğunu, bunların sənədləşdirildiyini bildirir.

Ana müxalifət də növbədənkənar seçki təklifini dəstəklədi

Xatırladaq ki, Prezident postu uğrunda hazırkı dövlət başçısı Rəcəb Tayyıp Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiyanın başqanı Maral Akşener, HDP-nin namizədi Səlahəddin Dəmirtaş, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Vətən Partiyasının lideri Doğu Perinçək mübarizə aparır.

Türkiyədə prezidentlik müddəti 5 ildir və bir nəfər 2 müddətdən artıq seçilə bilməz.

Türkiyə Böyük Millət Məclisində 550 deputat yeri var. Hazırkı parlamentdə hakim AK Partiya 316 kreslo ilə çoxluğa malikdir. Amma ekspertlər bu gün keçirilən seçkilərdə hakim partiyanın ciddi itki ilə üzləşəcəyini proqnozlaşdırırlar. AKP-nin əsas rəqibi son zamanlar ciddi şəkildə güclənən İYİ Partiya, ənənəvi rəqibi olan CHP, eləcə də kürdlərin dəstəklədiyi HDP olacaq.

TBMM-in deputatları 4 il müddətinə seçilirlər.