BAKI, 24 iyun — Sputnik. Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində "Solo Türk" və "Türk ulduzları" qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.
Xatırladaq ki, hərbi parad və şouda iştirak edəcək Türkiyə təyyarələri dünən Bakıya gətiriliblər.