Putin - Tramp görüşü barədə məlumat yayıldı

Putin və Tramp 2 dəfə görüşüblər. Bu görüşlərdən biri ötən ilin iyulunda Hamburqdakı G20 sammitində, digəri isə noyabrda Vyetnamda APEC ölkələrinin sammitində baş tutub.
Sputnik

BAKI, 24 iyun — Sputnik. "Kreml hələlik Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü barədə informasiya təqdim etməyə hazır deyil". Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl Avstriyanın "Kronen Zeitung" nəşri prezidentlərin iyulun 15-də Vyandad görüşəcəklərini xəbər verib. Qəzet iddia edir ki, Avstriya hökuməti artıq indidən bu görüşün keçirilməsinə hazırlaşır.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo tezliklə prezidentlərin görüşünün baş tuta biləcəyini bildirmişdi. Amma Kreml nümayəndələri o zaman da görüş barədə məlumatları tam təsdiq etməmişdilər.

Putin və Tramp 2 dəfə görüşüblər. Bu görüşlərdən biri ötən ilin iyulunda Hamburqdakı G20 sammitində, digəri isə noyabrda Vyetnamda APEC ölkələrinin sammitində baş tutub.