CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk bayrağımızın qəbul edildiyi gün

Qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib
Sputnik

BAKI, 24 iyun — Sputnik. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib.

Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib.

Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.

Müstəqil Azərbaycanın ilk bayrağı