CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir Yavər Camalov qəflətən vəfat edib

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.
Sputnik

Bakı, 23 iyun — Sputnik. Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

Sputnik Azərbaycan-nın məlumatına görə, nazir bu gün günorta saatlarında öz evində vəfat edib. Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr və başçılıq etdiyi Müdafiə Sənayesi Nazirliyindən də təsdiq ediblər.

Qeyd edək ki, mərhum nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

Allah rəhmət eləsin!