SƏHİYYƏ

Kofenin ürəyə faydası sübut edildi

Və elm adamlarının iddia etdiyi kimi yaşlı və piylənmədən əziyyət çəkən adamların ürəyini qoruyur.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Almaniyanın Henri Heyin adına Düsseldorf universitetinin alimləri müəyyən edib ki, mütəmadi olaraq kofe içmək ürək-damar sistemini zədələnmələrdən qoruyur. Sputnik AzərbaycanRusiya mətbuatına istinalda xəbər verir ki, tədqiqatçılar müəyəyn edib ki, gündə 4 fincan kofe içmək insana faydalı təsir göstərir. Kofe damarların daxili səthində olan endotel hüceyrələrinin funksiyasını yaxşılaşdırır. Burada əsas rolu p27 adlı protein oynayır.

Müəyyən edilib ki, ürək-damar sistemini bütün hüceyrələrinin mitoxondriyalarında p27 proteini var. Bu protein ürəyin əzələ hüceyrələrini ölümdən qoruyur. Kofein, mitoxondriyaya p27 proteinin aktiv şəkildə qəbuluna səbəb olur və elm adamlarının iddia etdiyi kimi yaşlı və piylənmədən əziyyət çəkən adamların ürəyini qoruyur.