CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədəki bağça olayı böyüdü: İşdən çıxarılanlar var

Bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub
Sputnik

BAKI, 23 iyun — Sputnik. Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2 yaşlı Sara İsmayılovanın xəsarət alması ilə bağlı bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı yol verdikləri səhlənkarlığa görə işdən çıxarılıblar.

Gəncədə bağçada xəsarət alan körpə

Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.

Xatırladaq ki, 2 yaşlı Saranın üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, azyaşlının üzünü bağçadakı uşaqlardan biri dişləyib. Körpə qız xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.