QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan artıq Rusiya ilə müttəfiq olmaq istəmir – politoloq şərhi

Politoloq Zaur Məmmədov deyir ki, ikinci Qarabağ savaşı Cənubi Qafqazda qeyri-sabitliyə gətirib çıxaracaq
Sputnik

Zaur Məmmədov: “Artıq Ermənistanda Rusiya hərbi bazaları üçün qiymətlərin qaldırılması ilə bağlı müzakirələr gedir”
“Azərbaycan-Rusiya münasibətləri son zamanlar yüksəliş dövrünü yaşayır”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində  təşkil edilmiş “Cənubi Qafqaz” politoloqlar klubunun 57-ci iclasında politoloq Zaur Məmmədov deyib. 

O bildirib ki, iki ölkə münasibətlərinin ən problemli məqamı Ermənistan Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: 

“Geosiyasət dəyişir. Hazırda Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində iki yanaşmasını görürük. Moskva başa düşür ki, birinci Qarabağ müharibəsinin baş verməsi və ermənilərin iştirakı ilə törədilən 1988-ci il hadisələri SSRİ-nin dağılması ilə nəticələndisə, ikinci Qarabağ savaşı Cənubi Qafqazda qeyri-sabitliyə gətirib çıxaracaq. Rusiya dairələri anlayır ki, ermənilər onlarla müttəfiq olmaq istəmirlər. Artıq Ermənistanda Rusiya hərbi bazaları üçün qiymətlərin qaldırılması ilə bağlı müzakirələr gedir. Əgər Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyi davam edərsə, Azərbaycan üçün müsbət hadisələr baş verəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz