SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ-ın qərarı BMT-nin nüfuzunu şübhə altına salır”

Politoloq İlqar Vəlizadə deyir ki, bu qərarı BMT-də gedən problemli proseslərin təzahürü də adlandırmaq olar
Sputnik

İlqar Vəlizadə: “ABŞ-ın qərarı çox ziddiyyətli addımdır”
ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etmək barədə qərar verib. Bu barədə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın bu qərarı çox ziddiyyətli addımdır:

“Bu addım dünyada insan hüquqlarının qorunması üçün görülən işləri şübhə altına salır. ABŞ bu addımı ilə digər ölkələrə qarşı çıxdığını göstərir. Bunu BMT-də gedən problemli proseslərin təzahürü də adlandırmaq olar. Bu, BMT-nin nüfuzunu da şübhə altına salır”.

ABŞ-ın bu qərarı Donald Trampın miqrasiya siyasətinin BMT-nin yüksək səviyyəli məmurları tərəfindən kəskin tənqid olunmasından sonra verilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz