HADİSƏ

Azərbaycanda daha bir faciəli hadisə baş verib

Oğlanın cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib
Sputnik

BAKI, 22 iyun — Sputnik. İyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. C.Əlilinin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.