MƏDƏNİYYƏT

Bakıda yay kütləvi musiqi tədbiri ilə qarşılanıb

Yay mövsümünün astronomik başlanğıcı ilə əlaqədar olaraq Bakı parklarında, küçə və meydanlarında açıq səma altında Fête de la Musique musiqi tədbirləri keçirilib. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın videosunda baxın.
Sputnik

Bakı sakinləri və şəhərimizin qonaqları müxtəlif musiqi yaradıcılığını — klassik, caz, rok, xalq musiqisi və müxtəlif dillərdə olan mahnıları dinləyərək feyziyab olublar.

Çıxış edənlər arasında caz-pop ifaçısı Albina, folk-pop qrupu "East or West", rok qrupu "Friday" və başqaları olub. ArazÔzarA isə psixoloji rok təqdim edib.

Bu kütləvi musiqi tədbirlərinin təşkilatçıları — Fransa səfirliyi, Azərbaycandakı Fransa İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT müasir incəsənət məkanı, Street Food Festival və Maks Events olub.